Operativ Məlumat Mərkəzi

Paris-2024: Günün cədvəli, medal qazana bilərik

2 dəq
Paylaş:
Paris-2024: Günün cədvəli, medal qazana bilərik

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq dərəcəsində yer idmançı 1/8 mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq.

Yunan- güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax