Operativ Məlumat Mərkəzi

Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb

2 dəq
Paylaş:
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.

(2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 28-ci, qardaş ölkə (1 gümüş, 2 bürünc) 54-cü, (1 gümüş) 58-ci, İran (1 bürünc) 69-cu sıradadır.

İlk "üçlük"də ABŞ (24 qızıl, 31 gümüş, 31 bürünc), Çin (22 qızıl, 21 gümüş, 16 bürünc) və Avstraliya (14 qızıl, 12 gümüş və 9 bürünc) yer alıblar.

Hələlik 76 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax