Operativ Məlumat Mərkəzi

Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir

1 dəq
Paylaş:
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında sıralamasında 15-ci pilləyə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyevin mükafat əldə etməsi ilə mümkün olub.

Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

İlk "üçlük"də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax