Əsas məzmuna keç

Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə Qırğızıstan təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu, 77 kq dərəcəsində təsəlliverici qarşılaşmalardan sonra bəlli olub.

Süleymanov bürünc mükafat uğrunda Qırğızıstandan olan Akjol Mahmudovla üz-üzə gələcək.

Mahmudov təsəlliverici dueldə Jair Kueronu (Kolumbiya) üstələyib - 11:0. görüşləri axşam seansına təsadüf edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…