Əsas məzmuna keç

Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

Pakistanın Baş naziri Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

" Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir", - iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib.

Bildirilib ki, Şərifin Azərbaycana rəsmi səfəri 24-25 fevral tarixlərində baş tutub. Səfər çərçivəsində iki ölkə arasında , mayeləşdirilmiş təbii qaz və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın inkişafını, Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığı əhatə edən beş sənəd mübadiləsi həyata keçirilib.

Bundan əlavə, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…