Əsas məzmuna keç

Azərbaycan və Pakistan liderlərinin telefon danışığı olub

Azərbaycan və Pakistan liderlərinin telefon danışığı olub

İlham Əliyev və Məhəmməd Şahbaz Şərif Ramazan münasibətilə təbriklərini çatdırıb, Yaxın Şərqdəki gərginliyi və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

ru en

İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev və Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.

və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…