Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan, Albaniya, Litva və GUAM-dan Azərbaycana bayram təbriki gəlib

2 dəq
Paylaş:
Pakistan, Albaniya, Litva və GUAM-dan Azərbaycana bayram təbriki gəlib

, , Xarici İşlər Nazirlikləri (XİN), həmçinin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - -ın Katibliyi hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici siyasət idarələrinin "X" sosial şəbəkəsində dərc olunan bəyanatlarında deyilir.

"Pakistan Azərbaycan hökumətinə və xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırır", - Pakistan XİN-in bəyanatında bildirilib.

Oxşar müraciətlə Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi çıxış edib.

"Azərbaycanın Müstəqillik Günü münasibətilə Albaniya Azərbaycan xalqına və hökumətinə təbriklərini və ən xoş arzularını bildirir. Biz ölkələrimiz arasındakı dostluğu yüksək qiymətləndiririk və əməkdaşlığımızın və tərəfdaşlığımızın daha da möhkəmlənəcəyinə ümid edirik", - bəyanatda qeyd olunub.

Litva XİN Azərbaycan xalqına səmimi təbriklərini ünvanlayaraq, tərəfdaşlığa görə minnətdarlığını ifadə edib və ölkəyə sülh, sabitlik və iqtisadi firavanlıq arzulayıb.

GUAM Katibliyi də Azərbaycanın Müstəqillik Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edib.

"GUAM Katibliyi Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edir", - təşkilatın "X"dəki mesajında qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax