Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

2 dəq
Paylaş:
Pakistan, Albaniya, Litva və GUAM Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

, və Litvanın Xarici İşlər Nazirlikləri, habelə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) Katibliyi hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Müvafiq qurumlar özlərinin "X" hesablarında təbrik bəyanatları paylaşıblar.

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərini çatdırıb.

Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi ölkələr arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayıb və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Litva Xarici İşlər Nazirliyi isə Azərbaycan xalqına səmimi təbriklərini ünvanlayaraq, tərəfdaşlığa görə təşəkkür edib və ölkəyə sülh, sabitlik, eləcə də iqtisadi firavanlıq arzulayıb.

GUAM Katibliyi də öz növbəsində Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edərək, üzərindən xoş arzularını bölüşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax