Operativ Məlumat Mərkəzi

Ötən il nöqsanlara görə bir nəfər prokurorluqdan xaric edilib, yeddisi vəzifəsindən azad olunub

2 dəq
Paylaş:
Ötən il nöqsanlara görə bir nəfər prokurorluqdan xaric edilib, yeddisi vəzifəsindən azad olunub

2024-cü ildə 382 işçisi barəsində həvəsləndirmə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kamran Əliyev Baş Prokurorluqda 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Baş prokuror bildirib ki, 2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib:

"Onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib".

Həmçinin bildirilib ki, 2024-cü ildə 52 prokurorluq işçisi işə qəbul edilib, 382 şəxs isə həvəsləndirilib:

"2024-cü ildə dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə 55 şəxs işə qəbul edilib, 85 şəxs isə həvəsləndirilib. Bundan başqa, hesabat dövründə İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 14 nəfər prokurorluq işçisi müxtəlif medallarla təltif edilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax