Operativ Məlumat Mərkəzi

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - SİYAHI

2 dəq
Paylaş:
Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı  bölgələr - SİYAHI

Ötən il 9 və 11-ci üzrə imtahanlarında ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələrin adları açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında arasında ən yüksək nəticəni , Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin və Qubadlı, Abşeron, Şahbuz rayonlarının şagirdləri göstərib. Bu bölgələrin ortastatistik şagirdlərinin göstəriciləri, olaraq, 128.1, 127.7, 120.7, 117.6, 114.5, 111.5 və 111.3 bala bərabər olub.

Ən aşağı göstəricilər isə Ağcabədi, Sabirabad, Cəlilabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq, 78.6, 77.9, 74.8 və 73.5 bal) məxsusdur.

Həmçinin qeyd edilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt şəhərinin, Qubadlı rayonunun, Bakı və Naxçıvan şəhərlərinin, Abşeron və Xocavənd rayonlarının şagirdləri əldə edib. (müvafiq olaraq, 135.6, 133.0, 126.7, 124.2, 115.8 və 115.6 bal).

Ən aşağı göstəricilər isə Yardımlı, İmişli, Cəlilabad, Sabirabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq 74.5, 74.1, 71.0, 69.7 və 65.2 bal) məxsusdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax