Operativ Məlumat Mərkəzi

Ötən ay yağıntılar normadan az olub

2 dəq
Paylaş:
Ötən ay yağıntılar normadan az olub

2025-ci ilin noyabr ayı sabit, mülayim ilə fərqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Nazim bildirib.

Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub

Onun sözlərinə görə, noyabr ayında havanın maksimal temperaturu Bakıda və yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə, bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib: "Havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2 gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub. Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub ki, bu da iqlim normasından 4.1 dərəcə yuxarıdır. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də 8.8 dərəcə isti, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə şaxta (Sədərək) qeydə alınıb".

Ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb

Nazim Mahmudov bildirib ki, ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb: "Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi, Şahbuzun dağlıq əraziləri). bütün ölkə ərazisində normadan az olub. Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 17 faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3 mm) düşüb.”

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax