Operativ Məlumat Mərkəzi

Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 74 nəfər müraciət edib, onlardan 5-i ölüb

1 dəq
Paylaş:
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 74 nəfər müraciət edib, onlardan 5-i ölüb

2024-cü il iyul ayı ərzində Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Mərkəzin xidmətindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si turşusundan, kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan şəxslərdir.

Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax