Operativ Məlumat Mərkəzi

"OpenAI" mahnı və melodiyalar yarada bilən süni zəka musiqi aləti üzərində çalışır

2 dəq
Paylaş:
"OpenAI" mahnı və melodiyalar yarada bilən süni zəka musiqi aləti üzərində çalışır

"OpenAI" indi də dünyasına qədəm qoyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"OpenAI" istifadəçilərin yalnız mətnlə komanda verərək yeni mahnılar, və səslər yarada biləcəyi bir süni zəka musiqi aləti üzərində çalışır.

"OpenAI" "ChatGPT"yə bənzər şəkildə işləyən, lakin bu dəfə mahnı yaratmağa yönəlmiş bir platforma qurmağı planlaşdırır.

İstifadəçilər bu platformaya "melodik, emosional bir film musiqisi yarat” və ya “müasir R&B üslubunda bir parça hazırla” kimi sadə komandalar verərək musiqi yarada biləcəklər.

Hesabatda bildirilir ki, "OpenAI" bu layihə çərçivəsində "Juilliard School" tələbələri ilə edir və musiqi məlumatlarının təlimində bu tələbələrin töhfələrindən istifadə olunur.

Layihənin hazırda hansı mərhələdə olduğu isə hələ açıqlanmayıb.

Yeni platformanın, istifadəçilərin öz videolarına süni zəka vasitəsilə musiqi əlavə etməsinə də imkan verəcəyi qeyd olunur.

Bu xüsusiyyət, qısa videolar və məzmunu hazırlayanlar üçün diqqətçəkən bir yenilik ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax