Operativ Məlumat Mərkəzi

“Onlar sülh danışıqlarına mane olmağa çalışırlar”

1 dəq
Paylaş:
“Onlar sülh danışıqlarına mane olmağa çalışırlar”

“Avropa liderləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə və ilə ABŞ arasında münasibətlərin bərpasına mane olmağa çalışırlar”.

"Operativ Məlumat Mərkəzi-OMM" Xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Dmitriyev özünün Teleqram kanalında bildirib.

“Avropa liderləri müxtəlif bəhanələrlə, o cümlədən Rusiyaya qarşı etimadsızlıq bəyanatları ilə Rusiya-ABŞ münasibətlərinin bərpasına və sülh danışıqlarına hər vəchlə mane olmağa çalışırlar”, – paylaşımda deyilir.

Bundan əvvəl Avropa İttifaqının siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan etmişdi ki, Aİ Rusiyayla razılaşmalara etibar etmir və Silahlı Qüvvələrini təlimləndirməyə, həmçinin Moskvaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax