Operativ Məlumat Mərkəzi

Polislə narkotacir arasında atışma, ölən var

1 dəq
Paylaş:
Polislə narkotacir arasında atışma, ölən var

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanın Şəmkir rayon sakinləri olan Seymur və Tural qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onlar saxlanılarkən əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax