Operativ Məlumat Mərkəzi

Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb
Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin...

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

DİN-in Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlini təqsirli bilinən Nahid saxlanılıb. Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində başlanılıb .

Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax