Əsas məzmuna keç

Bakıda turizm şirkətindən 20 min manatlıq oğurluq edilib

Bakıda turizm şirkətindən 20 min manatlıq oğurluq edilib

hadisə Nəsimi rayonunda baş verib. Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu...

Paytaxtda şirkətindən 20 oğurlayan şəxsi saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.

Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…