Operativ Məlumat Mərkəzi

Niderlandda Azərbaycanla bağlı xəbər saytı fəaliyyətə başlayıb

2 dəq
Paylaş:
Niderlandda Azərbaycanla bağlı xəbər saytı fəaliyyətə başlayıb

Niderlandda bu ölkənin oxucularını Azərbaycanda baş verən haqqında məlumatlandıracaq holland dilində “karabach24.nl” xəbər saytı fəaliyyətə başlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Haaqadakı səfirliyindən məlumat verilib.

Elektron qəzet Niderland vətəndaşı olan soydaşlarımız tərəfindən yaradılıb. Burada gündəlik olaraq Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında baş verən ən mühüm hadisələr haqqında oxuculara məlumat verəcək. “Analitika” və “Müsahibələr” kimi xüsusi rubrikalarda azərbaycanlı və xarici ekspertlərin məqalələri dərc olunacaq.

“Qarabağ” rubrikasında isə Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma, bərpa işləri və sosial- prosesləri ilə bağlı materialların yerləşdirilməsi nəzərdə tutulur. UNESCO üzrə Respublikasının Milli Komissiyası Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı materialların hazırlanması üçün “.nl” xəbər saytına informasiya dəstəyi göstərəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax