Operativ Məlumat Mərkəzi

Netanyahu və digər siyasətçilər Qəzzada “soyqırımı qızışdırmaqda” ittiham olunur

2 dəq
Paylaş:
Netanyahu və digər siyasətçilər Qəzzada “soyqırımı qızışdırmaqda” ittiham olunur

BMT-nin araşdırma komissiyasının ekspertləri bildirirlər ki, İsrailin Benyamin Netanyahu və ölkənin digər aparıcı siyasətçiləri Fələstin xalqına qarşı soyqırımı qızışdırıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin beynəlxalq araşdırma komissiyası məlumat yayıb.

Komissiya həmçinin İsrail prezidentinin İsaak Hersoq, Benyamin Netanyahu və o vaxtkı Yoav Qalantın soyqırımı qızışdırdığı qənaətinə gəlib və İsrail hakimiyyətinin onlara bu təhrikə görə cəza tətbiq etmədiyini vurğulayıb.

Hesabatda qeyd edilir ki, komissiya bütün İsrail siyasətçilərinin bəyanatlarını təhlil etməyib, lakin əldə olunan materiallar və ifadələr əsasında müəyyən şəxslərin soyqırımı qızışdırmaqda rolunun olduğu nəticəsinə gəlinib.

Komissiya sədri Navi Pillay bildirib ki, beynəlxalq ictimaiyyət “İsrailin Qəzzada Fələstin xalqına qarşı başlatdığı soyqırım kampaniyasına səssiz qala bilməz”.

O əlavə edib: “Soyqırımın aydın əlamətləri və dəlilləri görünəndə, onun qarşısını almaq üçün tədbir görməmək iştirakçılığa bərabərdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax