Operativ Məlumat Mərkəzi

"Netanyahu Qəzzaya hücumlardan sonra mərhələli plan üzərində işləyir" - İsrail mediası

2 dəq
Paylaş:
"Netanyahu Qəzzaya hücumlardan sonra mərhələli plan üzərində işləyir" - İsrail mediası
bu barədə İsrailin “Maariv” nəşri məlumat yayıb. Netanyahunun ABŞ rəsmiləri və əlaqədar tərəflərlə paylaşılan planın birinci mərhələsinə görə, hücumlar...

İsrailin Binyamin Netanyahunun təxminən 4 aydır hücum və blokada altında olan Qəzza zolağının gələcəyi ilə bağlı çoxmərhələli və uzunmüddətli layihəsi üzərində çalışdığı və bu layihəni ABŞ ilə paylaşdığı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin “Maariv” nəşri məlumat yayıb.

Netanyahunun ABŞ rəsmiləri və əlaqədar tərəflərlə paylaşılan planın birinci mərhələsinə görə, hücumlar bitdikdən sonra qurulacaq idarə keçid dövründə oraya daxil olacaq humanitar yardımların və mülki əhalinin inzibati işləri ilə məşğul olacaq.

Planın ikinci mərhələsində , Misir, Mərakeş,Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağında və Bəhreynin iştirakı ilə qurulacaq ərəb koalisiyası ilə əməkdaşlıqda Fəth və HƏMAS-ın olmadığı yeni Fələstin administrasiyası qurulacaq.

Planın üçüncü mərhələsində Qəzzada qurulacaq yeni Fələstin administrasiyası uğur və sabitliyə nail olarsa, bu idarənin İordan çayının qərb sahilinə də hakim olması üçün yeni islahat hazırlanacaq.

Son mərhələdə plan uğurla həyata keçirilərsə, 2-4 il ərzində işğal altında olan Qəzza və İordan çayının qərb sahilindəki Fələstin rəhbərliyi ordusuz bir hökumət quracaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax