Operativ Məlumat Mərkəzi

Netanyahu: “İsrail Qəzzadakı əməliyyatı genişləndirəcək”

1 dəq
Paylaş:
Netanyahu: “İsrail Qəzzadakı əməliyyatı genişləndirəcək”

“İsrail yaxın günlərdə quru əməliyyatını genişləndirəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Benyamin “Likud” partiyasının parlament fraksiyasının iclasında deyib.

“Biz dayanmırıq, mübarizəmizi davam etdiririk və yaxın günlərdə döyüşləri daha da dərinləşdirəcəyik. Bu, uzun döyüş olacaq və o, hələ bitməyə yaxın deyil”, - B.Netanyahu bildirib.

İsrailin Baş naziri dekabrın 24-də Qəzza zolağında əməliyyatlarını genişləndirdiklərini və anklavda hakim olan radikal HƏMAS hərəkatı üzərində qələbə çalana qədər müharibəni davam etdirəcəklərini bəyan edib. Elə həmin gün İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində əməliyyatlarını dərinləşdirir, irəlilədikcə radikalların istifadə etdikləri tunellər aşkarlayırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax