Operativ Məlumat Mərkəzi

Nepalın paytaxtında etiraz aksiyaları zaman 14 nəfər öldü

2 dəq
Paylaş:
Nepalın paytaxtında etiraz aksiyaları zaman 14 nəfər öldü

Nepalın paytaxtı Katmanduda hökumət əleyhinə keçirilən etiraz aksiyası qanlı toqquşmalarla nəticələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ''Nepal News'' portalı məlumat yayıb.

Məlumata görə, polis və nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 14-ə çatıb.

Əvvəlcə 6 nəfərin bildirilmişdi, lakin son məlumatlara əsasənölənlərin sayı 14-ə yüksəlib, onlarla insan isə yaralanaraq xəstəxanalara yerləşdirilib.

Etirazlara səbəb ölkə hökumətinin sosial şəbəkələr və mesajlaşma xidmətlərinə məhdudiyyətlər etməsi, eləcə də korrupsiya halları olub.

Etirazçılar mühafizə hasarlarını aşaraq binasına daxil olmağa cəhd ediblər, bu isə polis müdaxiləsinə səbəb olub. Hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib və atəş açıb.

Nepal hökuməti vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün Katmandu və digər əsas şəhərlərdə komendant saatı tətbiq edib. Hazırda parlament binasının ətrafı və digər strateji ərazilər yüksək nəzarətinə alınıb.

Sosial şəbəkələrə qadağa və internet məhdudiyyətlərinə qarşı etirazlar təkcə Katmandu ilə məhdudlaşmır – ölkənin digər böyük şəhərlərində də kütləvi aksiyalar keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax