Operativ Məlumat Mərkəzi

"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır

2 dəq
Paylaş:
"Neftçi" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə başlayır

"Qəbələ" və "Neftçi" komandaları bu gün UEFA Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, II mərhələsinin ilk oyununda "qırmızı-qaralar" evdə Kipr "Omoniya"sını qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı rumıniyalı FIFA referisi Andrey idarə edəcək.

"Neftçi" isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. Rəqib ölkənin titullu klublarından "" olacaq. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Görüşdə ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul

20:00. "Qəbələ" () - "Omoniya" (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, "Qrbavitsa" stadionu

Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi "Sabah" ötən gün Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gəlib.

Report

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax