Operativ Məlumat Mərkəzi

Neftçalada evdən 10 000 manat dəyərində məişət əşyaları oğurlanıb

2 dəq
Paylaş:
Neftçalada evdən 10 000 manat dəyərində məişət əşyaları oğurlanıb

Neftçalada evdən 10 000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, cari ilin aprel ayının 1-dən 15-dək olan müddətdə rayonun Bankə qəsəbəsi ərazisində evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə Neftçala Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud və Cavidan saxlanılıblar.

Dindirilmə zamanı D.Babayev və C.Abdullayev cinayət əməllərini səmimi etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə 5 dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışlar əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Qrupunda başlanılıb, araşdırmalar davam etdirilir. D.Babayev və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax