Operativ Məlumat Mərkəzi

Nazir: Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük

2 dəq
Paylaş:
Nazir: Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük

Ötən əsrin 30-u illərində olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, tədris olunan fənlər demək olar dəyişməyib:

"Bu, cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqədardır. Digər tərəfdən, 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq . Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir".

Nazir əlavə edib ki, bəzi fənlərin məzmunu dəyişib:

"Bunu qəbul etməli və birlikdə bu dəyişikliyi həyata keçirməliyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax