Nazir: Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük

Nazir: Yaşlılar 30-40 il əvvəl öyrəndiklərini uşaqlara öyrədirlər, bunu ciddi problem olaraq görürük
15.12.2023 11:05
Aa
dəq

Ötən əsrin 30-u illərində tədris olunan fənlərin dərs saatları ilə bu günün dərs saatlarında heç bir fərq yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, tədris olunan fənlər demək olar dəyişməyib:

"Bu, cəmiyyətin mühafizəkar mövqeyinin olması ilə əlaqədardır. Digər tərəfdən, yaşlılar 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər. Düşünürlər ki, növbəti 30-40 ildə bu biliklər onların işinə yarayacaq. Amma həqiqət odur ki, bu, belə deyil. Biz bunu çox ciddi problem olaraq görürük. Qurum olaraq buna görə biz məsuliyyət daşısaq da əslində bütün ictimaiyyəti maraqlandıran məsələdir. Söhbət tədris planını dəyişməkdən getmir, məzmun baxımından, səriştəyə əsaslanan, yeni modelli təhsilə keçiddən gedir".

Nazir əlavə edib ki, bəzi fənlərin məzmunu dəyişib:

"Bunu qəbul etməli və birlikdə bu dəyişikliyi həyata keçirməliyik".

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu