DİM sədri təhsildə keyfiyyəti yüksəltməyin yollarını açıqlayıb

DİM sədri təhsildə keyfiyyəti yüksəltməyin yollarını açıqlayıb
15.12.2023 12:20
Aa
dəq

Müəllim hazırlığının keyfiyyətini yüksəltmədən, təhsilin məzmununu yeniləmədən, təlim metodlarını təkmilləşdirmədən, qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq etmədən təhsil sahəsində inkişafa nail olmaq mümkün deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O hesab edir ki, bu kimi taleyüklü məsələlərin həlli təcrübəli müəllimlərlə yanaşı, gənc pedaqoji kadrların da öhdəsinə düşür:

"Bizim fəaliyyətimizin əsas istiqamətləri birbaşa müəllimlər ordusu ilə bağlıdır. Açıq tipli tapşırıqları yoxlayan markerlər həm öz fənlərini yüksək səviyyədə bilən, həm müasir təlim üsulları və metodologiyaları ilə tanış olan, həm də təşəbbüskar müəllimlərdir. Təəssüf ki, hazırda markerlərin sayı kifayət qədər olmadığına görə buraxılış imtahanlarının nəticələrinin yoxlanılması çox vaxt aparır. Fürsətdən istifadə edərək, öz biliyinə güvənən, yeni alətləri mənimsəməyə açıq olan müəllimlərimizi əməkdaşlığa dəvət edirəm".

Həftənin ən çox oxunanları

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu