Operativ Məlumat Mərkəzi

Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub

2 dəq
Paylaş:
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müzakirə olunub

İqtisadiyyat Nazirliyində mühiti və reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in nazirliyə istinadən verdiyi məlumata görə, Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Energetika, Rəqəmsal İnkişaf və , Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Dövlət Proqramı üzrə Əlaqələndirilmə qrupunun 2024-cü il üçün Yol Xəritəsinin təqdimatı edilib, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər müzakirə edilib.

İclasda, həmçinin Dövlət Proqramı çərçivəsində yeni qanunverilicik və təşəbbüs layihələrinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin təqdimatı keçirilib.

Bildirilib ki, Komissiyanın Rəqəmsal İdarəetmə Platforması vasitəsilə icraçı qurumlar tərəfindən təqdim olunan təkliflərə və ya layihələrə özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyalarının təmsilçiləri tərəfindən müvafiq tövsiyələrin təqdim olunması Dövlət Proqramının Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına müsbət töhfə verə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax