Əsas məzmuna keç

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi

"Naxçıvan" TV-nin sədri vəzifəsindən azad edildi

bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu...

Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini sərəncam imzalayıb. Sərəncama əsasən, Sahil Abdulla oğlu Tahirli “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.

Digər sərəncamla “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinin müvəqqəti icrası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Novruzova İlhamə Tofiq qızına həvalə edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…