Operativ Məlumat Mərkəzi

Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub

1 dəq
Paylaş:
Naxçıvan MR-nın səhiyyə naziri vəzifəsindən azad olunub

Dekabrın 1-də Ali Məclisinin növbəti sessiya iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Naxçıvan Respublikasının səhiyyə naziri Samiq Sadıxovun vəzifədən azad edilməsi haqqında layihəsi səsə qoyulub.

Qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən, Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.

Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.

Sənəd imzalandığı gündən qüvvəyə minir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax