Operativ Məlumat Mərkəzi

Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub

2 dəq
Paylaş:
Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub

Bu ilin birinci rübündə Respublikasının Dövlət İmtahan Mərkəzinin müxtəlif istiqamətlərə keçirdiyi işə qəbul imtahanları nəticəsində 104 nəfər işlə təmin olunub.

Mərkəzin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müəllimlərin işə qəbul imtahanlarında 67 nəfər, Naxçıvan Dövlət Universitetinin Kollecinə işə qəbul üçün keçirilən imtahanlarda 25 nəfər, musiqi məktəblərinə keçirilən imtahanlarda isə 4 nəfər uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub.

Ötən dövr ərzində ehtiyat kadrlar siyahısından 8 nəfər işlə təmin edilib.

Bundan başqa, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində məsləhətçi vəzifəsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində məsləhətçi - məhkəmə iclas katibi və hakim köməkçisi vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə, eyni zamanda Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə işə qəbul üçün elan edilən müsabiqələrə qəbulu başa çatıb.

Ədliyyə Nazirliyində vakant icra məmuru vəzifələrinin tutulması üçün elan edilən müabiqəyə sənəd qəbulu isə mayın 1-dək davam edəcək.

Sənəd qəbulu başa çatdırılmış orqanlar üzrə test imtahanları və müsahibələrin qarşıdakı bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax