Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub

Naxçıvan DİM-in keçirdiyi müsabiqə nəticəsində 104 nəfər işlə təmin olunub
18.04.2023 15:54
Aa
dəq

Bu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin müxtəlif istiqamətlərə keçirdiyi işə qəbul imtahanları nəticəsində 104 nəfər işlə təmin olunub.

Mərkəzin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müəllimlərin işə qəbul imtahanlarında 67 nəfər, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinə işə qəbul üçün keçirilən imtahanlarda 25 nəfər, musiqi məktəblərinə keçirilən imtahanlarda isə 4 nəfər uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub.

Ötən dövr ərzində ehtiyat kadrlar siyahısından 8 nəfər işlə təmin edilib.

Bundan başqa, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində məsləhətçi vəzifəsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində məsləhətçi - məhkəmə iclas katibi və hakim köməkçisi vəzifələrinin tutulması üçün elan edilmiş ümumi müsahibələrə, eyni zamanda Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə işə qəbul üçün elan edilən müsabiqələrə sənəd qəbulu başa çatıb.

Ədliyyə Nazirliyində vakant icra məmuru vəzifələrinin tutulması üçün elan edilən müabiqəyə sənəd qəbulu isə mayın 1-dək davam edəcək.

Sənəd qəbulu başa çatdırılmış orqanlar üzrə test imtahanları və müsahibələrin qarşıdakı bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu