Operativ Məlumat Mərkəzi

NATO Ukraynaya çoxillik hərbi yardım proqramını qəbul edəcək

2 dəq
Paylaş:
NATO Ukraynaya çoxillik hərbi yardım proqramını qəbul edəcək

İyulda keçiriləcək Vilnüs sammitində NATO liderləri Ukraynanın Qərb xətti ilə tamamilə yenidən silahlanması üçün ona hərbi yardım proqramını qəbul edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO-nun Yens Lissabonda keçirdiyi konfransında deyib.

“Vilnüsdə keçiriləcək sammitdə Alyans ölkələri Ukraynaya onun sovet tipli doktrin və silahlardan Qərb doktrinlərinə tam keçidini təmin etməyə yönəlmiş çoxillik hərbi yardım proqramı qəbul edəcəklər”, - Stoltenberq bildirib.

Alyansın baş katibi onu da vurğulayıb ki, Vilnüsdə keçiriləcək sammitin ikinci mühüm qərarı Avropanın hərbiləşdirilməsi üzrə gələcək tədbirlərin təsdiqi olacaq. NATO ölkələri müdafiə xərclərini artırmağa davam etməli və qanuni olaraq ÜDM-in 2 %-ni hərbi xərcləri üçün hədəf deyil, minimum səviyyəyə çatdırmalıdır.

“NATO ölkələrinin 2 %-dən başlayaraq yeni investisiya öhdəlikləri götürməsini gözləyirəm”, - hərbi blokun Baş katibi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax