Operativ Məlumat Mərkəzi

NATO-Ukrayna Şurası yaradılacaq

3 dəq
Paylaş:
NATO-Ukrayna Şurası yaradılacaq

NATO- Şurasının yaradılması məsələsi müzakirə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO-nun Yens bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Rusiyanın işğalı altındakı əraziləri azad etmək üçün Ukraynaya kifayət qədər hərbi yardım edib: “Bununla belə, Kiyevə daha böyük yardımlar etməyə hazırdır”.

Baş katib Alyans ölkələrinin əhəmiyyətli maliyyə vəsaiti ilə Kiyev üçün çoxillik dəstək paketi üzərində işlədiklərini bildirib: “Bu, Ukraynanı uzunmüddətli çəkindirmə və ilə təmin edəcək”. Y.Stoltenberq qeyd edib ki, sovet dövründən qalma doktrina, avadanlıq və təlimlərdən tam NATO standartlarına uyğunlaşmaya keçid zamanı , müdafiə sektorunun yenidən qurulmasına köməklik göstəriləcək”.

Onun sözlərinə görə, Osloda keçirilən görüşdə NATO-Ukrayna komissiyasının səviyyəsinin NATO-Ukrayna Şurası səviyyəsinə qaldırılması da müzakirə olunub.

Baş katib vurğulayıb ki, bu, NATO-ya Ukrayna ilə ümumi məsləhətçi forum yaratmasına kömək üçün mühüm addım olacaq: “Ukrayna hətta danışıqlar masası arxasında olacaq. Bu həm də təhlükəsizlik məsələlərinin müzakirəsinə kömək edəcək”.

Alyans rəhbəri məlumat verib ki, görüş zamanı XİN rəhbərləri Ukraynanın NATO-ya üzv olmaq istəyini də nəzərdən keçiriblər: “Alyansın bütün üzvləri NATO-ya qapının açıq qalması ilə razılaşıb. Ancaq Ukrayna və Alyansın bu məsələdə qərar vermək hüququ var, Rusiyanın isə veto hüququ yoxdur”.

Y.Stoltenberq qeyd edib ki, Alyansın bütün üzvləri Ukraynanın NATO-ya üzv olmasına razıdırlar: “Ancaq indi ən vacibi Ukraynanın suveren və müstəqil dövlət kimi qalib gəlməsidir”. Müharibənin nə vaxt bitəcəyini bilmədiklərini deyən Baş katib deyib: “Gələcəkdə ölkənin təhlükəsizliyini təmin etmək, eləcə də Rusiyanın təcavüzünü dayandırmaq üçün etibarlı alətlərimiz olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax