Operativ Məlumat Mərkəzi

NATO Polşa üzərindəki PUA-lar hücumunu hücum olaraq saymadı

2 dəq
Paylaş:
NATO Polşa üzərindəki PUA-lar hücumunu hücum olaraq saymadı

NATO ərazisinə pilotsuz təyyarələrin daxil olmasını hücum kimi qiymətləndirmir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə ''''ə istinadən xəbər verir.

“Bu, ilk dəfə idi ki, NATO təyyarələri müttəfiqlərin hava məkanında potensial təhdidlərlə qarşılaşırdı” deyən mənbə, NATO-nun bölgədəki “Patriot” hava hücumundan müdafiə sistemlərinin öz radarları ilə pilotsuz təyyarələri aşkarladığını, lakin onlara müdaxilə etmədiyini bildirib.

Mənbənin sözlərinə görə, əməliyyata Polşanın F-16 qırıcıları, Hollandiyanın F-35, İtaliyanın ''AWACS'' müşahidə təyyarələri və NATO-nun birgə idarə etdiyi havada yanacaq dolduran təyyarələr cəlb olunub.

Polşa Silahlı Qüvvələrinin Komandanlığı sentyabrın 10-da səhər saatlarında bildirib ki, pilotsuz uçuş aparatları kimi müəyyən edilən bir neçə obyekt ölkənin hava məkanına daxil olduqdan sonra məhv edilib. Düşən obyektlərin axtarışı davam etdirilir. Bundan əvvəl Polşa hakimiyyəti ölkənin bəzi əraziləri, o cümlədən Varşava üzərində hava məkanını bağlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax