Operativ Məlumat Mərkəzi

NATO ölkələrinin XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

2 dəq
Paylaş:
NATO ölkələrinin XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

NATO ölkələrinin nazirləri noyabrın 28-29-da Brüsseldə keçiriləcək iki günlük toplantıda təcili məsələlərini müzakirə edəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NATO-nun Yens bildirib.

“Biz son onilliklərin ən təhlükəli dünyası ilə üzləşmişik”, - NATO rəhbəri keçirdiyi mətbuat konfransında jurnalistləri xarici işlər nazirləri səviyyəsində Şimali Atlantika Şurasının gündəliyi ilə tanış edərkən deyib.

Stoltenberq Yaxın Şərqdəki münaqişəni beynəlxalq təhlükəsizliyin ən aktual problemlərindən biri sayır. O, İsrail və HƏMAS arasında humanitar fasilənin uzadılmasının vacibliyinə işarə edib.

"Mən fasilənin uzadılmasına çağırıram. Bu, bizə Qəzza zolağının əhalisinə çox ehtiyac duyulan yardımı göstərməyə və daha çox girovları azad etməyə imkan verəcək", - baş katib qeyd edib.

O, bildirib ki, Qəzzadakı münaqişənin siyasi həlli üçün uzunmüddətli perspektiv axtarmaq lazımdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax