Əsas məzmuna keç

NATO Bakıda “Hərbi tibb kursu” keçirir

NATO Bakıda “Hərbi tibb kursu” keçirir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr...

Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə "Hərbi tibb kursu" keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən "NATO-nun dəstəyi", "Hərbi tibbi planlaşdırma" və "Tibbi təxliyənin planlaşdırma"sı və digər mövzularında məruzələr təqdim olunur.
Cari ilin mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…