Operativ Məlumat Mərkəzi

Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

2 dəq
Paylaş:
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitənin təsiri altında edən sürücü həbs edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qaydasını pozduğu üçün “VAZ 2106” markalı, 90-TK-116 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Əsgərov Rəşad Fuad oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax