Əsas məzmuna keç

Narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Daşkəsəndə narkotik satmaqda şübhəli şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli miqdarda narkotik maddə olan "metamfetamin", "heroin", "tiryək" və "marixuana" aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial vasitəsilə İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…