Operativ Məlumat Mərkəzi

Narkotik aludəçisi olan sürücülərin qanunazidd əməllərinin qarşısı alınıb

2 dəq
Paylaş:
Narkotik aludəçisi olan sürücülərin qanunazidd əməllərinin qarşısı alınıb

Gəndob-Yalama yolunda hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü Vilayət Əmirovun narkotik vasitənin təsiri altında olmasına əsaslı yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, avtomobilində də aşkar olunduğundan o, ərazi polis orqanına təhvil verilib.

Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən narkotik vasitə qəbul edərək sükan arxasında daha iki nəfər Xaçmaz rayon sakini Səməd Əhmədov və Əlsafa Hüseynov da saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb.

Baş Dövlət İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax