Əsas məzmuna keç

Muxtar Babayev COP29-un prezidenti təyin edilib

Muxtar Babayev COP29-un prezidenti təyin edilib

bu barədə COP28-un “X” səhifəsində məlumat yayılıb. Səhifədə bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayev və COP29-un...

Azərbaycanın ekologiya və sərvətlər naziri COP29-un prezidenti təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə COP28-un “X” səhifəsində məlumat yayılıb.

Səhifədə bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un prezidenti Muxtar Babayev və COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyevə işlərində uğurlar arzulanıb:

“Biz və COP30 prezidentləri, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə işləməyi səbirsizliklə gözləyirik. COP28-in tarixi uğurunu davam etdirərək 1,5°C-ni məsafədə saxlayın”.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…