Operativ Məlumat Mərkəzi

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

2 dəq
Paylaş:
Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə:

- yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

- hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

- hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax