Operativ Məlumat Mərkəzi

Musiqi və incəsənət məktəbi müəllimlərinin builki attestasiyası yekunlaşıb

1 dəq
Paylaş:
Musiqi və incəsənət məktəbi müəllimlərinin builki attestasiyası yekunlaşıb

Nazirliyi tabeliyində olan musiqi və müəllimlərinin 2025-ci il üçün nəzərdə tutulan attestasiyası yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, proses 5 regionda həyata keçirilib.

Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4000 müəllimi əhatə edib.

Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə baş verib:

“Təxminən, musiqi-incəsənət mətkəblərində fəaliyyət göstərən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.

Cəsarət Valehov digər müəllimlərin də attestasiyaya cəlb olunması 2026-cı ilin sonuna qədər yekunlaşdırılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax