Operativ Məlumat Mərkəzi

Musa Qurbanlı: “Qol vurmuram, özüməinamım azalıb”

2 dəq
Paylaş:
Musa Qurbanlı: “Qol vurmuram, özüməinamım azalıb”
gənc oyunçu İsveç çempionatında keçirdiyi yeddi matçda cəmi iki qol vurmasına münasibət bildirib: “Vəziyyətim yaxşılaşmalıdır və əminəm ki, belə olacaq....

“Yurqorden”də çıxış edən millisinin futbolçusu Musa Qurbanlı Skandinaviya ölkəsindəki oyunu barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gənc oyunçu İsveç çempionatında keçirdiyi yeddi matçda cəmi iki qol vurmasına münasibət bildirib:

“Vəziyyətim yaxşılaşmalıdır və əminəm ki, belə olacaq. Hücumçuyam, qol vurmalı və məhsuldar ötürmə etməliyəm.

Oyunlara bacardığım qədər hazırlaşmağa . Nə qədər çox oynasam, daha yaxşı olacaq. İsveç futboluna uyğunlaşıram”.

Forvard son iki matçda fərqlənə bilməməsinin özünəinamına mənfi təsir etdiyini etiraf edib:

“Bütün hücumçular belədir, qol vurduqca daha yaxşılaşır. Qol vurmayanda performans bir qədər aşağı düşür və normaldır. İki həftə əvvəl dubl etdim və inamım yüksək idi. İndi iki oyundur qol və özümə inamım azalıb”.

M.Qurbanlı üzərində hiss etmədiyini söyləyib:

“Bilirəm ki, təzyiq ola bilər, amma mən sadəcə işimi görməyə çalışıram. Əlimdən gələni edirəm və buna görə təzyiq hiss etmirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax