Operativ Məlumat Mərkəzi

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

2 dəq
Paylaş:
Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya mərhələsinə start verilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi şəhid ailəsi üzvlərinə verilir. 22 iyul saat 11:00-dan 25 iyul 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına dair apellyasiya müraciətlərinin təhlili başa çatıb. Tarix, biologiya, texnologiya və təsviri incəsənət fənləri üzrə aparılmış təhlillərə əsasən, nəticələri yenidən hesablanıb. Namizədlərin imtahan nəticələri şəxsi səhifələrinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax