Operativ Məlumat Mərkəzi

Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

1 dəq
Paylaş:
Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Avqustun 19-u saat 16:00 radələrində sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri- silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax