Əsas məzmuna keç

MN: Mövqelərimiz atıcı silahlardan atəşə tutulub

MN: Mövqelərimiz atıcı silahlardan atəşə tutulub

Bu gün saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı...

Bu gün saat 08:45 radələrində qeyri-qanuni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa, iyunun 15-i saat 08:35-dən saat 10:30-dək sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…