Operativ Məlumat Mərkəzi

Müdafiə naziri: "Son zamanlar Ermənistan və Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb"

2 dəq
Paylaş:
Müdafiə naziri: "Son zamanlar Ermənistan və Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb"

"Son zamanlar silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayı artıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın general-polkovnik Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edərkən deyib.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı şəraitindən danışıb.

Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax