Əsas məzmuna keç

MSK sədri: “Seçki məntəqələrində veb-kameraların sınağına başlanılıb”

MSK sədri: “Seçki məntəqələrində veb-kameraların sınağına başlanılıb”

Fevralın 7-nə təyin olunan ilə bağlı seçki məntəqələrində quraşdırılmış veb-kameraların sınağına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, seçki prosesinin şəffaflığının təmin edilməsi baxımından həm veb-kameraların qurulması, həm də mətbuatın seçki prosesində yaxından iştirak etməsi vacib məqamdır", - o vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…