Operativ Məlumat Mərkəzi

Monitorinq və buraxılış imtahanlarının nəticələri müzakirə edilib

2 dəq
Paylaş:
Monitorinq və buraxılış imtahanlarının nəticələri müzakirə edilib

Bakı Şəhəri üzrə İdarəsi tərəfindən (BŞTİ) IV və VI siniflərində son üç ildə monitorinqlərin və IX siniflərin ötənilki imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.

İdarədən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onlayn keçirilən görüşdə BŞTİ-nin əməkdaşları və direktorları iştirak ediblər.

Görüş zamanı və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub. Monitorinq və buraxılış imtahanlarında şagirdləri aşağı nəticə göstərən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyi söylənilib, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışılıb. Nəticələrə uyğun olaraq hər məktəb üçün müəyyənləşdirilən hədəflər məktəb direktorlarının diqqətinə çatdırılıb, hədəfə çatma mexanizmləri müzakirə edilib.

Həmçinin görüşdə BilBacar müsabiqəsi və “Cerebry” rəqəmsal platforması ilə bağlı direktorlara geniş məlumat verilib.

Sonda məktəbdaxili monitorinqlərin vaxtaşırı keçirilməsi və monitorinqlər zamanı nəticələri zəif olan şagirdlərlə qrup şəklində müəllimlər tərəfindən işlərin aparılması, ümumilikdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax